Trampın “sivilizasiyanın məhvi” açıqlaması Avropada narahatlıq yaradıb
ABŞ prezidenti Donald Trampın “əgər İranla razılaşma əldə olunmazsa, bu gecə bütöv bir sivilizasiya məhv ola bilər” sözlərindən sonra Avropanın bir çox paytaxtında ciddi narahatlıq yaranıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.
Məlumata görə, bəzi Avropa hökumətləri Vaşinqtondakı diplomatlarına təcili sorğu göndərərək ABŞ-ın İran məsələsində nüvə silahından istifadə edib-etməyəcəyini öyrənməyə çalışıb.
Avropa rəsmiləri ABŞ Dövlət Departamentinə də müraciət edərək rəsmi izahat almağa cəhd göstəriblər. Lakin Avropalı diplomatın sözlərinə görə, Dövlət Departamenti belə Trampın nəyi nəzərdə tutduğunu və vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini dəqiq bilmədiyini etiraf edib.
20:50 21.05.2026
Oxunuş sayı: 46