ABŞ–İran danışıqlarında əsas fiqur: General Əhməd Vəhidi
ABŞ ilə İran arasında mümkün danışıqlar fonunda İran tərəfdən əsas fiqurlardan biri kimi general Əhməd Vəhidi göstərilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, Vəhidi İranın hərbi və siyasi qərarlarında təsir gücünə malik şəxslərdən biridir və ali rəhbərliyə yaxın fiqur sayılır. O, Ayətullah Əli Xameneyinin ətrafında qərar qəbul edən dairələrlə birbaşa əlaqəsi olan azsaylı şəxslərdən biri kimi qiymətləndirilir.
Təhlilçilərin fikrincə, Vəhidi və onun çevrəsi təkcə hərbi məsələlərdə deyil, həm də danışıqlar prosesində İranın mövqeyinə təsir göstərir.
Bildirilir ki, İran Hörmüz boğazı üzərində təzyiq imkanlarını qorumağa çalışır və bu bölgənin bağlanması ehtimalı qlobal enerji bazarına ciddi təsir göstərə bilər.
Eyni zamanda Tehran ABŞ-nin yüksək zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi tələblərini qəbul etmir. İran tərəfi gərginliyin uzanmasına üstünlük verir və ABŞ-nin hərbi addımlardan çəkinməsini gözləyir.
Xatırladaq ki, aprel ayında tərəflər arasında Pakistanda keçirilən görüşlər nəticəsiz qalıb.
20:40 21.05.2026
Oxunuş sayı: 49