Rumıniya şəhzadəsi Moldovaya səfər edib
Rumıniya şahzadəsi, kraliça Marqaritanın həyat yoldaşı Radu Moldovaya səfər edib.
Crossmedia.az TASS-a istinadən bildirir ki, şahzadənin 18–19 may tarixlərində baş tutan səfəri çərçivəsində Kişinyovda bir sıra rəsmi görüşlər keçirilib.
O, parlament sədri və təhsil naziri ilə danışıqlar aparıb, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşüb.
Səfər proqramına Kişinyovda yerləşən motoatıcı briqadanın ziyarəti də daxil olub.
Xatırladaq ki, tarixi dövrdə Prut–Dnestr bölgəsi təxminən 25 il Rumıniya Krallığının tərkibində olub. İkinci Dünya müharibəsi illərində isə regionda ciddi hərbi və siyasi proseslər baş verib.
20:16 21.05.2026
Oxunuş sayı: 50