Avropanın nə zaman yenidən Rusiya qazını alacağı açıqlanıb
Macarıstanın Baş naziri Peter Madyar bildirib ki, Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra bütün Avropa İttifaqı ölkələri yenidən Rusiya qazının alınmasına qayıdacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.
P.Madyarın sözlərinə görə, Rusiya qazı daha ucuzdur və bu, bazarda rəqabət və coğrafi faktorlarla müəyyən olunur.
“Düşünürəm ki, müharibə bitəndən sonra bütün Avropa İttifaqı yenidən Rusiya qazını almağa qayıdacaq, çünki o daha ucuzdur. Bunu rəqabət və coğrafiya şərtləri diktə edir”, - o bildirib.
19:49 21.05.2026
Oxunuş sayı: 49