Yermak: Unuduruq ki, ölkədə müharibə davam edir...
Ukraynada barəsində cinayət işi açılaraq həbs edilən, prezident ofisinin keçmiş rəhbəri Andrey Yermak, ölkə prezidenti Volodimir Zelenskinin onun işi ilə bağlı ictimai açıqlama verməməsinə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Jurnalistlərin “Prezidentin susqunluğu sizi incitmir?” sualını cavablandıran Yermak deyib ki, Zelenskinin hazırda daha vacib məsələləri var. O vurğulayıb ki, Zelenski müharibə şəraitində ölkənin Ali Baş Komandanıdır və əsas diqqəti dövlətin təhlükəsizliyinə yönəlib.
“Biz sanki unuduruq ki, ölkədə müharibə davam edir”, – Yermak bildirib.
O, həmçinin barəsində açılan cinayət işini “qanun qarşısında hamının bərabərliyinin nümunəsi” kimi qiymətləndirib. Yermak hüquqlarını yalnız Ukrayna məhkəmə sistemi çərçivəsində müdafiə etmək istədiyini qeyd edib.
Xatırladaq ki, mayın 11-də həbs olunmasından sonra Zelenskinin onunla əlaqə saxlayıb-saxlamadığı barədə suala isə Yermak konkret cavab verməyib.
19:10 21.05.2026
Oxunuş sayı: 44