Trampın paylaşımı diqqət çəkdi: Tehranı necə əzmək olar?
ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında "New York Post" nəşrinin İranla bağlı xəbərini paylaşıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ Prezidenti paylaşımında əlavə şərh yazmayıb. Lakin diqqət çəkən məqam məhz qəzetin istifadə etdiyi sərt başlıq olub.
Məlumata görə, “New York Post”un məqaləsi “Tehranı üç addımda necə əzmək olar” başlığı ilə yayımlanıb.
Trampın bu paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və müxtəlif reaksiyalar doğurub.
19:00 21.05.2026
Oxunuş sayı: 44