Lukaşenko: Zelenski ilə istənilən yerdə görüşə hazıram
Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ikitərəfli münasibətlərin müzakirəsi üçün Rusiya Prezidenti Vladimir Zelenski ilə Minskdə və ya Kiyevdə istənilən yerdə görüşməyə hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lukaşenko bildirib ki, Minsk hazırda müharibəyə qoşulmaq niyyətində deyil, lakin Belarusa qarşı hər hansı təcavüz baş verəcəyi halda ölkə cavab verməyə məcbur ola bilər.
O əlavə edib ki, Belarusun müharibədə iştirak etməsi üçün hər hansı mülki və ya hərbi ehtiyac yoxdur və ölkənin əsas prioriteti sabitliyin qorunmasıdır.
18:30 21.05.2026
Oxunuş sayı: 45