İran ABŞ şərtləri üçün əlavə vaxt istəyib
İran Pakistan vasitəsilə ABŞ-nin şərtlərini öyrənmək üçün əlavə vaxt istəyib.
Crossmedia.az xəbər verir ki, "Əl-Cəzirə"-nin Pakistan mənbələrinə istinadən yaydığı məlumata görə, İran rəsmiləri Fars körfəzindəki münaqişənin həlli ilə bağlı ABŞ-nin irəli sürdüyü şərtləri qiymətləndirmək və araşdırmaq üçün daha çox vaxt tələb ediblər.
Mənbənin iddiasına görə, İranın paytaxtı Tehran və ABŞ-nin paytaxtı Vaşinqton arasında dolayı danışıqlarda əsas mübahisə mövzusu İranda zənginləşdirilmiş uran proqramıdır və bu məsələ tərəflər arasında əsas maneə kimi qalır.
17:23 21.05.2026
Oxunuş sayı: 57