WUF13-də Şəhərlər üçün izahlı lüğət təqdim olunub
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şəhərlər üçün izahlı lüğətin təqdimat mərasimi keçirilib
Crossmedia.az xəbər verir ki, kitabın tərtibatçılarından biri Şücaət Əhmədzadə lüğətin hazırlanmasında əsas məqsədin şəhərsalma üzrə qlobal müzakirələri formalaşdıran əsas şəhərsalma anlayışları haqqında aydın va sistemli təsəvvürün yaratmaq olduğunu deyib.
"Şəhərsalma Terminlərinin İzahlı Lüğəti" dayanıqlı şəhərsalma, BMT-nin dayanıqlı inkişaf gündəliyi, şəhərlər, yaşayış məskənləri üzrə geniş diskurs zamanı istifadə olunan əsas terminlərin sistemli izahından ibarətdir. Bu lüğət həmçinin praktiki istinad mənbəyi kimi nəzərdə tutulub", - o deyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov isə vurğulayıb ki, lüğətdən bu sahədə çalışan mütəxəssislər və media nümayəndələri yararlana bilər:
"Bu sahədə çalışan, fəaliyyət göstərən mütəxəssislərin, bu ixtisas üzrə təhsil alan tələbələrin və media nümayəndələri də daxil olmaqla bir çoxlarının istifadə edəcəyi faydalı vəsait olacaq. Bu lüğət terminologiyanın vahidləşdirilməsinə, əsas və aktual anlayışların daha düzgün başa düşülməsinə kömək edir".
11:23 21.05.2026
Oxunuş sayı: 75