Zaqatalanın bəzi əraziləri susuz qalıb
Zaqatala rayonunun Qazangül ərazisində, Şimal qərb massivində və Sahil küçəsində su təchizatı müvəqqəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi (SMSİİ) məlumat yayıb.
Bildirilib ki, su təchizatının dayandırılması Zaqatala şəhəri, Sahil küçəsində su xəttində baş vermiş qəzanın təmir edilməsi ilə əlaqədardır.
Qeyd olunan ərazilərə suyun verilməsi borunun qəzalı hissəsinin təmir edilməsindən dərhal sonra gün ərzində təmin ediləcəkdir.
10:19 21.05.2026
Oxunuş sayı: 83