Rusiya XİN: Qərb Ermənistanı Rusiyaya qarşı istifadə etməyə çalışır
Kreml İrəvanın kursu ilə razılaşa bilməz. Bu kurs Ermənistanın Avrasiya İqtisadi Birliyində qalmasını və eyni zamanda Avropa İttifaqına(Ai) doğru irəliləməsini nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Qaluzin bildirib ki, Ermənistan rəhbərliyi Moskvanın xəbərdarlıqlarını "qulaqardına vurur".
Rusiya hesab edir ki, Qərb və Aİ Ermənistanı Moskvaya qarşı istifadə etməyə və onu Rusiyaya təzyiq siyasətinə cəlb etməyə çalışır.
22:52 20.05.2026
Oxunuş sayı: 55