Şuşa ilə Trabzon qardaşlaşdı
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin tarixi şəhərlərindən olan Trabzon arasında qardaşlaşma haqqında əməkdaşlıq protokolu imzalanıb.
Crossmedia.az xəbər verir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Qardaşlaşma sazişi iki şəhər arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu addım Azərbaycan-Türkiyə qardaşlığının daha bir simvolik göstəricisi kimi qiymətləndirilir.
Ayhan
13:21 19.05.2026
Oxunuş sayı: 82