Milyardlarla insan mənzil çatışmazlığından əziyyət çəkir - Meksikalı nazir
Problemin həlli baxımından çox spesifik olmalıyıq.
Crossmedia.az xəbər verir ki, bunu Meksikanın Aqrar, Şəhərsalma və Ərazi inkişafı naziri Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirdə bildirib.
O, qeyd edib ki, bu vəziyyət əsaslı məsələdir, bir az da provakativ:
“Çünki biz milyardlarla mənzil çatışmazlığlndan əziyyət çəkən insanlar haqqında danışırıq. Biz Meksikada buna “qanunsuz məskənlər” deyirik. Eyni zamanda bu vəziyyətdə təklifləri nəzərə almalıyıq. Biz mənzil təminatını ən həssas əhali qrupuna şamil edilən problem kimi görürük. Zənnimcə bu güclü siyasi iradədən asılı olan məsələdir. Müəyyən maliyyə alətlərini və hüquqi mexanizmləri də özündə birləşdirir”.
Ayhan
11:44 19.05.2026
Oxunuş sayı: 50