Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazanıblar
İtaliyanın Çezenatiko şəhərində keçirilən Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2026) yekun nəticələrini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Təhsil İnstitutundan bildirilib ki, 67 ölkədən 242 nəfər məktəblinin iştirak etdiyi olimpiadada qızlarımız uğurla çıxış edərək 2 bürünc medal qazanıblar. Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11-ci sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin 10-cu sinif şagirdi Xədicə Məhərli olimpiadada fərqləniblər.
Qeyd edək ki, Avropa Qızlar İnformatika Olimpiadası 2021-ci ildən etibarən keçirilir və məktəblilərimiz bu günə kimi bu olimpiadada 1 qızıl, 2 gümüş, 7 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.
12:07 19.05.2026
Oxunuş sayı: 52