Slovakiyanın baş naziri Rusiya-Ukrayna müharibəsinin uzun müddət davam edəcəyini düşünür
Slovakiyanın Baş naziri Robert Fitso Ukraynadakı münaqişənin uzanacağını proqnozlaşdırır.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, o, bu açıqlamanı tələbələrlə görüşdə verib.
Baş nazir deyib: "Düşünürəm ki, bu müharibə kifayət qədər uzun müddət davam edəcək. Ukraynadakı müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmərəm. Bu barədə məndən min dəfə soruşa bilərsiniz. Təxmin edə bilmərəm. Rusiya Prezidenti Vladimir Putinlə danışdım. Sonra UKrayna lideri Volodimir Zelenski ilə danışdım. Onların hər birinin baş verənlər haqqında öz hekayəsi var".
Fitso Qərbin Ukraynadakı münaqişə vasitəsilə Rusiyanı zəiflətmək strategiyasının işə yaramadığına inandığını bir daha vurğulayıb.
O, bəzi Avropa siyasətçilərinin bu fikrini illüziya hesab edir.
19:05 16.05.2026
Oxunuş sayı: 30