Pezeşkian Roma papasına məktub yazdı: İrana hücumlar qanuna ziddir
İran prezidenti Məsud Pezeşkian Papa XIV Leoya göndərdiyi məktubda İrana son hərbi hücumlar zamanı onun mənəvi və məntiqli mövqeyini yüksək dəyərləndirdiyini bildirib.
Crossmedia.az İran KİV-ə istinadən xəbər verir.
Prezident məktubunda yazıb ki, İrana qarşı baş verən son hərbi əməliyyatlar təkcə ölkəsinə deyil, həm də beynəlxalq hüquqa və insan dəyərlərinə zərbədir.
Pezeşkianın sözlərinə görə, İran qanuni müdafiə çərçivəsində hərəkət edir və təcavüzkarların məqsədlərini və maraqlarını hədəfə almağa davam edəcək.
O, İranın diplomatiya və sülh yolu ilə həll prinsiplərinə sadiq qaldığını qeyd edərək bildirib ki, beynəlxalq ictimaiyyət ABŞ-nin qanunsuz tələbləri və təhlükəli siyasəti qarşısında daha ədalətli mövqe sərgiləməlidir.
18:55 16.05.2026
Oxunuş sayı: 34