İran “Hörmüz Sığortası” ilə boğaz üzərində nəzarəti gücləndirir
İranın İqtisadiyyat Nazirliyi sığorta mexanizmi üzərindən Hörmüz boğazının idarə olunmasına imkan verəcək yeni plan həyata keçirir.
Crossmedia.az "Fars News"-a istinadən xəbər verir.
Agentliyin əldə etdiyi sənədə əsasən, “Hörmüz Sığortası” adlandırılan bu plan İranın boğazdan keçən gəmiləri izləməsinə, müxtəlif ölkələrə məxsus gəmiləri ayırd etməsinə və müəyyən etməsinə imkan verəcək.
Nəşrin iddiasına görə, bu mexanizm müharibə şəraitindən kənar vəziyyətlərdə də digər ölkələr tərəfindən qəbul edilə bilər və İran müharibədən sonrakı dövrdə bu yolla 2 milyard dollara qədər gəlir əldə edə bilər.
Bununla yanaşı, hesabatda İranın infrastruktur imkanlarının məhdud olduğu və bu gəlirin reallaşmasını çətinləşdirə biləcəyi də qeyd olunur.
Agentlik yazır ki, planın əsas üstünlüyü boğazın sığorta vasitəsilə idarə olunmasının mülki xarakter daşımasıdır və bu, gəmilərdən birbaşa rüsum yığmaqdan daha asan qəbul oluna bilər.
18:52 16.05.2026
Oxunuş sayı: 39