Rusiya və BƏƏ liderləri Şərqi Avropadakı müharibəni müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin lideri Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığı aparıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
Məlumata görə, dövlət başçıları Yaxın Şərqdəki və İran ətrafındakı böhranla bağlı məsələləri müzakirə ediblər.
Hər iki tərəf kompromis sülh razılaşmalarının hazırlanması üçün siyasi və diplomatik prosesin davam etdirilməsinin vacibliyini qeyd etdilər.
Putin Ukrayna münaqişəsi kontekstində humanitar məsələlərin həllində göstərdiyi müntəzəm köməyə görə BƏƏ-yə minnətdarlığını bildirib.
18:45 16.05.2026
Oxunuş sayı: 38