Azərbaycan təmsilçisi "Avroviziya - 2026"nın finalına çıxa bilməyib- YENİLƏNİB
Avstriyada keçirilən "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilib.
Crossmedia.az xəbər verir ki, müsabiqədə 2 nömrə altında "Just Go" adlı mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi Cəmilə Həşimova müsabiqənin ikinci yarımfinal mərhələsində mübarizəni dayandırıb.
Qeyd edək ki, "Avroviziya-2026" müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan iştirakçılar tamaşaçı səsverməsi nəticəsində müəyyənləşib.
14 May
23:48
“Avroviziya-2026” beynəlxalq mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada davam edir.
Crossmedia.az xəbər verir ki, ikinci yarımfinal mərhələsində Azərbaycanı JIVA səhnə adı ilə çıxış edən Cəmilə Həşimova təmsil edib.
Təmsilçimiz “Just Go” mahnısı ilə səhnəyə çıxaraq yarış proqramında ikinci nömrə ilə çıxış edib.
Qeyd edək ki, “Avroviziya-2026” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan iştirakçılar tamaşaçı səsverməsi nəticəsində müəyyənləşəcək.
08:07 15.05.2026
Oxunuş sayı: 65