İsrail müdafiə nazirindən xəbərdarlıq: İrana qarşı əməliyyatlar bərpa oluna bilər
İsrailin müdafiə naziri İsrael Katz İrana qarşı əməliyyatın tezliklə bərpa oluna biləcəyini bildirib.
Crossmedia.az "Epoch" a istinadən xəbər verir.
Nazirin sözlərinə görə, son bir ildə İran son dərəcə ağır zərbələr alıb və bu zərbələr onu bütün sahələrdə geridə qoyub.
O, həmçinin İsrailin tapşırıqlarının hələ tamamlanmadığını vurğulayıb.
Katz vurğulayıb: "Biz kampaniyanın missiyasını elə yerinə yetirməliyik ki, İran artıq İsrail, ABŞ və azad dünya üçün gələcək nəsillər üçün mövcudluq təhlükəsi yaratmasın".
21:10 14.05.2026
Oxunuş sayı: 49