Hörmüz gərginliyi fonunda Səudiyyə alternativ ixrac xəttinə keçib
Səudiyyə Ərəbistanı Hörmüz boğazı üzərindən mümkün riskləri azaltmaq məqsədilə mədən və kimya sənayesi məhsullarının ixracını qismən dəniz marşrutlarından quru logistika yollarına yönəldib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Məlumata görə, ölkə Fars körfəzindəki limanlardan asılılığı azaltmaq üçün Qırmızı dəniz istiqamətində yeni daşınma zənciri formalaşdırıb və daxili nəqliyyat şəbəkəsini gücləndirib.
Bildirilib ki, “Maaden” kimi iri dövlət şirkətləri qısa müddətdə logistika axınını yenidən təşkil edərək minlərlə yük maşını ilə fasiləsiz daşımalar sistemi qurub.
Bu addımların regionda dəniz ticarət yollarındakı mümkün risklərə qarşı alternativ ixrac marşrutları yaratmaq məqsədi daşıdığı qeyd olunur.
18:58 14.05.2026
Oxunuş sayı: 43