Zelenskinin İrəvana səfəri Ermənistanı "çalxalamağa" davam edir
Erməni jurnalist Margarita Simonyan Avropa və ABŞ mediasında yayılan saxta video ilə bağlı ciddi hüquqi addım atacağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, "Euronews" onun Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri barədə şərh verdiyi iddia edilən süni intellektlə hazırlanmış videonu aradan qaldırmaq xahişinə məhəl qoymayıb.
Simonyanın sözlərinə görə, eyni məzmunlu materialları "Newsweek" də yayımlayıb. O, iddia edib ki, hər iki media qurumuna videonun saxta olduğu barədə məlumat verilsə də, materiallar ya dəyişdirilməyib, ya da yalnız qismən düzəliş edilib.
Məsələyə münasibət bildirən Simonyan qeyd edib ki, bəzi nəşrlər RT-yə istinad edərək saxta məzmunun mövcudluğunu qeyd etsə də, bu, tam düzəliş hesab edilə bilməz.
O əlavə edib ki, hadisə ilə bağlı hüquqi addımların atılması ehtimalı nəzərdən keçirilir və məsələ beynəlxalq media müstəvisində müzakirə olunacaq.
18:29 14.05.2026
Oxunuş sayı: 44