Türküstanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb
Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan Etnomədəni Birliyinin nəzdindəki həftəsonu məktəbində müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar açıq dərs keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Şagirdlərə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, milli dövlətçilik ənənələrinin qorunması və Azərbaycanın formalaşdırılmasındakı mühüm rolu haqqında məlumat verilib. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin ölkənin sabitliyinin təmin olunmasına və dünya miqyasında nüfuzunun artmasına böyük töhfə verdiyi bildirilib. Açıq dərs şagirdlərin Ümummilli Liderin irsinə olan marağını daha da artırıb və onun ideyalarına dərin ehtiramın ifadəsinə çevrilib.

16:00 14.05.2026
Oxunuş sayı: 53