Ağ Evdən diqqətçəkən açıqlama: Tramp üçün “təcili plan” mövcuddur
Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə direktoru Sebastyan Qorka “New York Post” qəzetinə verdiyi açıqlamada ABŞ Prezidenti Donald Trampın vəzifə müddəti başa çatmadan onun əvəz olunması ilə bağlı xüsusi prosedurların mövcud olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Qorka qeyd edib ki, əgər Tramp prezidentlik müddəti bitməmiş vəzifəsini yerinə yetirə bilməyəcək vəziyyətə düşərsə, vitse-prezident Cey Di Vens üçün hazırlanmış xüsusi göstərişlər var.
Qorka əlavə təfərrüat verməsə də, ABŞ administrasiyasında prezidentin qəfil səlahiyyətini itirməsi halında tətbiq olunan təhlükəsizlik və idarəetmə prosedurlarının illərdir hazır vəziyyətdə saxlandığını vurğulayıb.
16:40 14.05.2026
Oxunuş sayı: 42