Mirzoyan: Rusiya ilə sağlam münasibətlər istəyirik
Ermənistanin xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan Rusiya ilə sağlam və tərəfdaşlığa əsaslanan münasibətlər qurmaq niyyətindədir.
Crossmedia.az xəbər verir ki, Mirzoyan müxalifətin Ermənistan hakimiyyətini Rusiya ilə münasibətlərin pisləşməsində ittiham etməsini əsassız adlandırıb.
O qeyd edib ki, İrəvan Moskva ilə normal və tərəfdaşlığa əsaslanan münasibətlərin qorunmasına çalışır.
Mirzoyan əlavə edib ki, Ermənistan iqtisadi və siyasi əlaqələri şaxələndirmək niyyətindədir, lakin bunun başqa tərəflərin hesabına həyata keçirilmədiyini vurğulayıb.
15:30 14.05.2026
Oxunuş sayı: 46