Türkiyədə dərsliklərdə bəzi tarixi və coğrafi terminlər dəyişdirilir
Türkiyədə yeni təhsil proqramı çərçivəsində bəzi tarixi və coğrafi terminlərin yenidən nəzərdən keçirilməsi gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, Türkiyənin təhsil naziri Yusuf Tekin bu barədə məlumat verib.
Onun sözlərinə görə, yeni dərsliklərdə bəzi ifadələr türk tarixi perspektivinə uyğun terminlərlə əvəz olunacaq.
Bildirilir ki, “Səlib yürüşləri”, “coğrafi kəşflər” və “Orta Asiya” kimi terminlərin alternativ formalarının istifadəsi nəzərdən keçirilir.
Həmçinin qeyd olunur ki, Ankara “Egey dənizi” adının əvəzinə “adalar dənizi” ifadəsinin işlədilməsini təklif edir və bu adın İkinci Dünya Müharibəsindən sonra geniş yayıldığını bildirir.
12:03 14.05.2026
Oxunuş sayı: 53