Rusiya Ukraynaya İran dronları ilə rekord hücum edib
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib.
Crossmedia.az xəbər verir ki, hücum zamanı ümumilikdə 731 raket və pilotsuz uçuş aparatı istifadə olunub.
Məlumata görə, istifadə edilən vasitələr arasında İran istehsalı olan 675 ədəd “Shahed-136” kamikadze dronu da yer alıb.
Ukrayna hava hücumundan müdafiə sistemlərinin 693 hədəfi zərərsizləşdirdiyi bildirilir. Bunlara 41 raket və 652 pilotsuz uçuş aparatı daxildir.
Ukrayna mediası bu hücumu müharibə başlayandan bəri ən böyük hava hücumu kimi qiymətləndirib.
11:55 14.05.2026
Oxunuş sayı: 57