Paşinyan: Reallıqlarla barışmaq lazımdır
Ermənistanin baş naziri Nikol Paşinyan seçkiqabağı çıxışında rəqiblərini və radikal erməni millətçilərini “xəyal dünyasında yaşamaq”da ittiham edib.
Crossmedia.az xəbər verir ki, Paşinyan qonşu ölkələrlə bağlı demoqrafik vəziyyətə dair fikirlər səsləndirib.
O bildirib ki, Türkiyədə təxminən 90 milyon, Azərbaycanda 10 milyon, İranda isə 35 milyon türk yaşayır.
Paşinyan həmçinin vurğulayıb ki, Ermənistanda təxminən 3 milyon erməni yaşayır və reallıqlarla barışmağın vacibliyini qeyd edib.
11:23 14.05.2026
Oxunuş sayı: 45