Rubio İran məsələsində müharibə riskinə toxunub
ABŞ dövlət katibi Marko Rubio İran məsələsi ilə bağlı müharibə riskinə toxunub.
Crossmedia.az xəbər verir ki, Rubio "Fox News" -a müsahibəsində Papanın İranla bağlı diplomatiyanın vacibliyinə dair fikirlərini şərh edib.
ABŞ dövlət katibi bildirib ki, bəzi hallarda diplomatik həll mümkün olmur və nəticə müharibəyə gətirib çıxara bilər.
Rubio çıxışı zamanı Adolf Hitler nümunəsini çəkərək, “Adolf Hitlerlə bağlı hansı diplomatik həll yolu var idi? Heç biri yox idi”, – deyə bildirib.
O qeyd edib ki, kilsənin sülh və müharibədən yayınmaq çağırışını anlayır və bununla razılaşır, lakin ABŞ-nin milli təhlükəsizliyi qarşısında məsuliyyət daşıdıqlarını vurğulayıb.
11:07 14.05.2026
Oxunuş sayı: 72