Zaxarova Zelenskiyə "Ukraynaya qarşı hücumları" qadağan edən bir fərman verməyi təklif edib
Rusiya XİN sözçüsü Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskiyə "Ukraynaya qarşı hücumları" qadağan edən bir fərman verməyi təklif edib.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
Diplomat Ağ Ev rəhbəri Donald Trampın Çinə səfəri zamanı hücumla bağlı verdiyi açıqlamanı belə şərh etdi:
"Ona görə də qadağan edən bir fərman versin. Bu, böyük bir məsələ deyil: o, Moskvadakı parada icazə verdi, ona görə də hücumu "ləğv etsə" yaxşı olar. Və Ukrayna Prezidenti Ofisinin keçmiş rəhbəri Andriy Yermakın korrupsiyaya qarşı mübarizə qurumlarına tilsim etmək üçün işə götürülmüş "falçısı" artıq azadlıqdadır - o, bir az sehr edə bilər".
23:55 13.05.2026
Oxunuş sayı: 42