Çin tankeri Tramp–Si görüşü günü Hörmüzdən keçməyə hazırlaşır
Çinə məxsus “Yuan Hua Hu” adlı neft tankeri ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında planlaşdırılan görüşün keçirildiyi gün Hörmüz boğazından keçməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, tanker boğazdan keçid prosesinə görüşdən az əvvəl başlayıb və bu hadisə bölgədə gərginliyin artdığı bir vaxtda diqqət çəkir.
Agentlik qeyd edir ki, bu keçid tankerlərin sərbəst hərəkətinin real sınağı kimi qiymətləndirilir və ABŞ ilə Çinin Hörmüzdə İranın mümkün məhdudiyyətlərinə qarşı mövqeyini nümayiş etdirə bilər.
Xatırladaq ki, daha öncə "Reuters" agentliyi də eyni adlı gəminin Hörmüz boğazından keçməyə cəhd etdiyini açıqlamışdı.
21:45 13.05.2026
Oxunuş sayı: 49