Açıqlandı: Hantavirusla bağlı Azərbaycanda da karantin tətbiq oluna bilər
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində hantavirusa qarşı sərhəd nəzarəti həyata keçirilir.
"Əhvazdakı Cundişapur Tibb Elmləri Universitetinin səhiyyə üzrə müavini Mehrdad Şərifi bildirib ki, tam və hərtərəfli hazırlıq mövcuddur və xüsusi bir narahatlıq yoxdur", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus İspaniyanın Baş naziri Pedro Sançeslə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib ki, "Andes" ştamına aid hantavirusun daha geniş miqyasda yayılmasının başlanmasına dair əlamətlər hələlik müşahidə olunmur.
Dünyanın bir neçə ölkəsinə yayılan hantavirus Azərbaycanda da böyük rezonans yaradıb. İnsanlar keçmiş karantin rejiminin, maskalı və ağrılı acılı günlərin geri gələcəyindən narahatdırlar. Həkimlər isə bildirirlər ki, virus Azərbaycana yayılarsa gec olacaq. Bu səbəbdən tədbirlərin görülməsi, insanın özünü qoruması üçün addımlar atılması vacibdir.

Crossmedia.az-a sözügedən virusun Azərbaycana yayılması ehtimalını nəzərə alaraq danışan həkim Şahvələd Məmmədovun sözlərinə görə, müəyyən dövlətlərdə və ölkələrdə ölüm və xəstəlik halları müşahidə olunduğuna görə karantin tədbirlərinin tətbiqi müzakirə edilir: “Yaxın gələcəkdə bunun baş verməsi ehtimalı var. Hantavirus əsasən siçanların ifrazatları və ya onlarla təmas zamanı yayılır. İnsandan insana yoluxma ehtimalı isə olduqca azdır və yalnız nadir hallarda müşahidə oluna bilər. Bütün bunlara baxmayaraq, xəstəliyin epidemiya halını alma ehtimalı var, lakin hazırda pandemiyadan danışmaq mümkün deyil".
Müsahibibimiz hesab edir ki, bundan sonrakı proses beynəlxalq səhiyyə təşkilatlarının qərarlarına uyğun şəkildə davam edəcək və Azərbaycanda da müəyyən addımlar atılacaq.
Fatimə
21:32 13.05.2026
Oxunuş sayı: 129