WUF13 Festivalı çərçivəsində Bakı Dənizkənarı Bulvarında keçiriləcək "İctimai proqram" baş tutub
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Festivalı çərçivəsində Bakı Dənizkənarı Bulvarında keçiriləcək "İctimai proqram" baş tutub.
Crossmedia.az xəbər verir ki, WUF13 Festivalının axşam proqramı Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında keçirilib.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş meneceri Eldar Rəsulov deyib ki, dünya əhalisinin 2/3 artıq şəhərlərdə yaşayacaq:
"Bundan irəli gələn məsələlərin müzakirəsi isə WUF13-də müzakirə ediləcək. 180 ölkədən 32 000-dən çox iştirakçı qeydiyyatdan keçib. Hər birimiz üçün bu forum önəmlidir".
O qeyd edib ki, ölkə ictimaiyyətinin bu tədbir barədə məlumatlandırılması məqsədilə Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıtda WUF13 Festivalı təşkil olunub və festivallara indiyədək 90 minə yaxın iştirakçı qatılıb.
Festival çərçivəsində konsert nümunələri təqdim edilib.
Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında müxtəlif konsert nümunələri təqdim edilib.
Tədbirin məqsədi şəhər mühitində sosial həmrəyliyin gücləndirilməsi, ictimai iştirakçılığın təşviqinin təqdim olunmasıdır.
Qeyd edək ki, bununla da forum barədə məlumatlandırma sessiyasının ölkə üzrə maarifləndirmə sessiyası başa çatıb.
Xatırladaq ki, Bakıda mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək.
19:08 13.05.2026
Oxunuş sayı: 49