Ukrayna Silahlı Qüvvələri Başqırdıstanda “Transneft” obyektinə zərbə endirib
Ukrayna Silahlı Qüvvələri Rusiyanın enerji infrastrukturuna yeni hücum həyata keçirib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələri Rusiyanın Başqırdıstan Respublikasında yerləşən enerji obyektinə zərbə endirib.
Məlumata görə, zərbədən sonra Transneft şirkətinə məxsus “Nurlino” nasos stansiyasında yanğın baş verib. Hadisə Başqırdıstan ərazisinin Nurlino rayonunda qeydə alınıb.
Stansiyanın Ural və Qərbi Sibir regionlarından Rusiyanın cənubuna neft nəql etdiyi, axının bir hissəsinin Novorossiysk, Tuapse və Tamana, eləcə də ölkənin cənubundakı neft emalı müəssisələrinə yönəldiyi bildirilir.

13:55 13.05.2026
Oxunuş sayı: 41