Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerji dəhlizini müzakirə edib
Azərbaycan, Qazaxıstan və Özbəkistan “Yaşıl Dəhliz Alyansı” layihəsini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsələ Daşkənddə keçirilən görüşdə müzakirə olunub. Layihə yaşıl enerji mənbələrinin inkişafı, enerji infrastrukturunun genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqazın enerji sistemlərinin inteqrasiyasını nəzərdə tutur.
Plana əsasən, yeni elektrik ötürücü xətlərin tikintisi və bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin Avropa və digər regionlara ixracı da hədəflənir.
Nazirlik xatırladıb ki, layihə üzrə saziş üç ölkənin liderləri tərəfindən COP29 çərçivəsində Bakıda imzalanıb.
13:33 13.05.2026
Oxunuş sayı: 59