Lökbatan qəsəbəsində anbarda baş verən yanğın 21 min kvadratmetr sahəni əhatə edib
Lökbatan qəsəbəsində anbarda baş verən yanğın 21 min kvadratmetr sahəni əhatə edib.
Bu barədə Crossmedia.az-ın FHN-ə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, ümumi sahəsi 46 000 kvadratmetr olan, bir-birinə bitişik və müxtəlif təyinatlı malların saxlandığı anbar kompleksində yanğın 21 000 kvadratmetr sahəni əhatə edib.
Məlumata görə, anbarın qalan hissəsi yanğından mühafizə olunaraq xilas edilib.
Qurumdan həmçinin hadisə ilə bağlı əlavə araşdırmalar davam etdirildiyi bildirilib.
Elmir Heydərli
11:44 13.05.2026
Oxunuş sayı: 66