Türkiyədən açıqlama gəldi - Ermənistanla sərhədlər açılır?
“Ermənistan ilə 2022-ci ildən etibarən davam edən normallaşma prosesi çərçivəsində atılan etimad qurucu addımlar nəticəsində ölkəmiz ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair hazırlıqlar 11 may 2026-cı il tarixinə tamamlanıb”.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli məlumat verib.
Nazirliyin sözçüsü bildirib ki, iki ölkə arasında ortaq sərhədin açılması istiqamətində zəruri texniki işlər isə hələ də davam edir.
“Həyata keçirilən yeni tənzimləmə sayəsində Türkiyədən üçüncü bir ölkəyə, oradan da Ermənistana gedən və ya eyni marşrut üzrə geri qayıdan malların son təyinat və ya çıxış nöqtəsinin “Ermənistan-Türkiyə” kimi qeyd olunması artıq mümkün olacaqdır.Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi istiqamətində yaranmış tarixi fürsət fonunda Türkiyə bölgədə iqtisadi münasibətlərin inkişafına və əməkdaşlığın bütün region ölkələri və xalqlarının xeyrinə daha da irəliləməsinə töhfə verməyə davam edəcəkdir.”- deyə Öncü Keçəli bildirib.
11:25 13.05.2026
Oxunuş sayı: 56