Azərbaycanlı və ermənistanlı ekspertlər bu dəfə Londonda görüşüb
Azərbaycanlı və ermənistanlı ekspertlər Londonda sülh prosesinin inkişafını müzakirə ediblər.
Crossmedia.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı “Erməni şurası” analitik mərkəzinin sədri, “Sülh körpüsü” təşəbbüsünün koordinatoru Areq Koçinyan açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistandan olan ekspertlər Londonda iki ölkə arasında sülh prosesinin cari mərhələsi, imkanlar və risklər ətrafında fikir mübadiləsi aparıblar.
10:58 13.05.2026
Oxunuş sayı: 47