İran Trampın Çin səfəri öncəsi Pekinlə yaxınlaşır
ABŞ prezidenti Donald Trampın Çinə planlaşdırılan səfəri öncəsi İran Pekinlə diplomatik əlaqələrini gücləndirməyə çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Qəzetin yazdığına görə, Tehran Çinlə yaxınlaşmanı Vaşinqtona qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyi hədəfləyir.
İranın Çindəki səfiri Rza Rəhmani Fəzli bildirib ki, Çin İrana “diplomatik dərinlik” qazandırır və Tehranın mövqeyini dünya güclərinə çatdırmaqda mühüm rol oynaya bilər.
Diplomatın sözlərinə görə, İranın əsas tələbləri daimi atəşkəsin təmin olunması, blokadanın aradan qaldırılması və İranın “qanuni hüquqlarına” hörmət edilməsidir.
“The Wall Street Journal” qeyd edir ki, Tehran Pekinin münaqişənin həlli ilə bağlı təqdim etdiyi dörd maddəlik planı açıq şəkildə dəstəkləyib.
10:07 13.05.2026
Oxunuş sayı: 50