İran Hörmüz boğazında nəzarəti genişləndirir
İran Hörmüz boğazında yeni yanaşma tətbiq etməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli rəsmisi Məhəmməd Əkbərzadə bildirib ki, Tehran strateji əhəmiyyət daşıyan Hörmüz boğazındakı maraqlarına heç bir müdaxiləyə icazə verməyəcək.
Onun sözlərinə görə, İran bölgədə təhlükəsizlik və nəzarət məsələlərində daha sərt mövqe sərgiləyəcək. “Reuters” qeyd edir ki, bu addım Tehranın özünə məxsus hesab etdiyi dəniz ərazilərinə nəzarəti faktiki olaraq genişləndirməsi kimi qiymətləndirilir.
09:44 13.05.2026
Oxunuş sayı: 57