İran ABŞ-nin danışıqları bərpa etməsi üçün 5 şərt irəli sürüb
İran ABŞ ilə danışıqların bərpası üçün bir sıra şərtlər irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın "Fars News" agentliyi məlumat yayıb.
Agentliyin mənbəyə istinadən verdiyi məlumata görə, Tehran müəyyən ilkin şərtlər yerinə yetirilmədən Vaşinqtonla danışıqlara qayıtmaq niyyətində deyil.
Bildirilib ki, İran ABŞ-yə yeni danışıqlar mərhələsi üçün “minimum etimad zəmanəti” kimi qiymətləndirilən beş əsas tələb təqdim edib. Bu tələblərə bütün cəbhələrdə, xüsusilə Livanda hərbi əməliyyatların dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi, müharibənin vurduğu ziyanın ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması daxildir.
Mənbənin sözlərinə görə, Tehran həmçinin Ərəbistan dənizi və Oman körfəzində davam edən dəniz blokadası ilə bağlı narahatlığını ifadə edib və bunu ABŞ ilə dialoqda etimadı sarsıdan amillərdən biri kimi qiymətləndirib.
09:36 13.05.2026
Oxunuş sayı: 55