Böyük Britaniya Hörmüz boğazına hərbi qüvvə göndərir
Böyük Britaniya Hörmüz boğazının təhlükəsizliyini təmin etmək məqsədilə bölgəyə əlavə hərbi qüvvələr göndərəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili koalisiyaya daxil olan 40 ölkənin müdafiə nazirlərinin ilk iclasında məlumat verib.
Onun sözlərinə görə, London yeni 115 milyon funt sterlinqlik maliyyələşdirmə çərçivəsində “HMS Dragon” esminesini, “Tayfun” qırıcı təyyarələrini və muxtar mina axtarış sistemlərini Hörmüz boğazına yerləşdirəcək.
Bildirilib ki, məqsəd strateji əhəmiyyət daşıyan boğazda gəmiçiliyin təhlükəsizliyini təmin etmək və bölgədə mümkün təhdidlərin qarşısını almaqdır.
09:28 13.05.2026
Oxunuş sayı: 57