Ukrayna Rusiya ilə bağlı mühüm xəbərdarlıq edib
Rusiya Federasiyası yaxın günlərdə kütləvi hücuma hazırlaşa bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat deyib.
Onun sözlərinə görə, bunu kəşfiyyat məlumatları, tərəfdaşlardan alınan məlumatlar və Rusiya aerodromlarındakı fəaliyyət sübut edir:
"Taktiki təyyarələrin yenidən yerləşdirilməsini və onların bazalarında artan fəaliyyətin şahidi oluruq. Düşmən adətən zərbələr endirməzdən əvvəl təyyarələrini əvvəlcədən təchiz edir və bu cür fəaliyyət son günlərdə qeydə alınıb."
23:45 12.05.2026
Oxunuş sayı: 51