İran və Oman Hörmüz boğazında təhlükəsizliyi müzakirə edib
Hörmüz boğazındakı vəziyyəti müzakirə etmək üçün Maskatda İran və Oman nümayəndə heyətləri arasında hüquqi və texniki görüş keçirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İran tərəfinə Xarici İşlər Nazirliyinin Beynəlxalq və Hüquqi İşlər Departamentinin rəhbəri Abbas Baqerpur rəhbərlik edib.
Tərəflər boğazdakı son prosesləri və gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün tədbirləri müzakirə ediblər.
Hər iki nümayəndə heyəti İran və Omanın ərazi sularının bir hissəsi kimi boğaz üzərində suveren hüquqlarını və yurisdiksiyalarını təsdiqləyib.
Səfər çərçivəsində İran nümayəndə heyəti Omanın xarici işlər naziri Bədr Əl-Busəidi ilə ayrıca görüş keçirib.
23:25 12.05.2026
Oxunuş sayı: 47