Türkiyə XİN: Hörmüz boğazının yenidən açılmasını dəstəkləyirik
Hörmüz boğazı siyasi və hərbi təzyiq vasitəsinə çevrilməməlidir.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada qətərli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Fidan vurğulayıb ki, Ankara bu strateji əhəmiyyətli beynəlxalq su yolunun yenidən açılması istiqamətində atılan addımları dəstəkləyir və alqışlayır.
O, qeyd edib ki, Türkiyə və Qətər Pakistanın vasitəçiliyi ilə başlanan və ABŞ-İran müharibəsinə son qoymağa yönəlmiş danışıqlar prosesinə dəstək verir.
23:13 12.05.2026
Oxunuş sayı: 52