KİV: İranla müharibə ABŞ-ə 29 milyard dollara başa gəlib
İranla müharibə ABŞ-ə artıq 29 milyard dollara başa gəlib.
Crossmedia.az "Sky News"-a istinadən xəbər verir.
ABŞ Müharibə Nazirliyinin(Pentaqon) maliyyə direktoru Jules Hörst bunu Konqresdəki dinləmələrdə açıqlayıb.
Onun sözlərinə görə, bu məbləğin təxminən 24 milyard dolları sursat, raket, silah və digər hərbi texnikaya xərclənib.
Lakin cəmi iki həftə əvvəl Pentaqon müharibənin dəyərini 25 milyard dollar olaraq qiymətləndirib.
Başqa sözlə, kampaniyanın dəyəri cəmi 12 gün ərzində daha 4 milyard dollar artıb.
19:14 12.05.2026
Oxunuş sayı: 54