Lukaşenko Belarus ordusunun müharibəyə hazırlığından danışıb
Belarus prezidenti Aleksandr Lukaşenko ölkə ordusunun döyüş hazırlığı ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, müəyyən hərbi bölmələr seçilərək onların müharibə şəraitinə uyğun hazırlanması üçün səfərbərlik tədbirləri həyata keçiriləcək.
“Biz bölmələri seçərək onları müharibəyə hazırlamaq üçün səfərbər edəcəyik. Allah qoysa, bundan qaça bilərik”, – deyə Aleksandr Lukaşenko qeyd edib.
Açıqlama Belarusun müdafiə və təhlükəsizlik siyasəti fonunda diqqət çəkib.
18:50 12.05.2026
Oxunuş sayı: 46