Rusiya “Sarmat” raketini uğurla sınaqdan keçirib
Strateji Raket Qüvvələrinin komandanı Sergey Karakayev Rusiya prezidenti Vladimir Putinə ölkənin ən yeni “Sarmat” qitələrarası ballistik raketinin uğurla buraxıldığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Putinin sözlərinə görə, “Sarmat” hazırda dünyanın ən güclü raket sistemlərindən biri hesab olunur. O qeyd edib ki, sistemin ilin sonuna qədər tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi planlaşdırılır.
Məlumata əsasən, raketin uçuş məsafəsi 35 min kilometrdən çox ola bilər ki, bu da onun qlobal strateji əhəmiyyətini daha da artırır.
19:00 12.05.2026
Oxunuş sayı: 51