ABŞ 30-dan çox ölkədə bioloji laboratoriyaları yoxlayacaq
ABŞ vergi ödəyicilərinin vəsaiti ilə maliyyələşdirilən 30-dan çox ölkədə yerləşən 120-dən artıq bioloji laboratoriya yoxlamaya cəlb olunacaq.
Crossmedia.az xəbər verir ki, “New York Times” qəzetinin məlumatına görə, həmin laboratoriyalardan 40-dan çoxu Ukrayna ərazisində yerləşir.
ABŞ rəsmisi Tulsi Qabbardın sözlərinə istinad edən nəşr yazır ki, COVID-19 pandemiyası təhlükəli patogenlər üzərində aparılan tədqiqatların qlobal miqyasda ciddi nəticələrə səbəb ola biləcəyini nümayiş etdirib.
Məsələ ilə bağlı yoxlamaların məqsədi laboratoriyaların fəaliyyətinin təhlükəsizlik və nəzarət standartlarına uyğunluğunu qiymətləndirməkdir.
18:35 12.05.2026
Oxunuş sayı: 45