İzmirdə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
İzmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə onun İzmirdəki büstü ziyarət edilib.
İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi və orada təhsil alan azərbaycanlı gənclərin təşkilatçılığı ilə
Karşıyakada yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önündə tədbir keçirilib.
Tədbirdə dərnəyin sədri Eşref Tuna, Azərbaycanın Egey bölgəsindəki mədəniyyət elçisi, aktrisa və diaspor fəalı Roza İbadova Kocamaz, dərnək rəhbərliyi, eləcə də İzmirdə təhsil alan tələbələr-Sima İsmayılova, Nihat Rzayev, Şəhriyar Hüseyn, Dəniz Fərəcova, Mədinə Qocayeva, Nəzrin Musayeva, Aytac Xəlilova və digərləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, onun Azərbaycan dövləti və Türk dünyası üçün gördüyü xidmətlərdən bəhs edilib. Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin irsinin bu gün də Azərbaycan xalqı üçün mühüm yol göstəricisi olduğunu vurğulayıblar.
Tədbir iştirakçıların xatirə şəkilləri çəkdirməsi ilə yekunlaşıb.


18:06 12.05.2026
Oxunuş sayı: 46